Eşşək südü için: Ana südünə çox yaxındır

Eşşək südü için: Ana südünə çox yaxındır

Mütəxəssislər hansı südün insanlar üçün daha faydalı olduğunu açıqlayıblar.

"Cebhe.info" "Sports.kz" portalına istinadən yazır ki, qastroenteroloq Daria Utyumova bu barədə danışb. O bildirib ki, tədqiqatlar eşşək südünün antioksidant xüsusiyyətlərə və A, C, B, B12, E və D vitaminləri, eləcə də kalsium və fosfor daxil olmaqla geniş çeşiddə qida maddələrinə malik olduğunu göstərib.

Kərə yağı və Pendir istehsalı Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi İrina Ostrouxova isə bildirib ki, bu süd ən sağlam süddür. Onun sözlərinə görə, eşşək südünün tərkibində inək südündən 1,5 dəfə çox laktoza var.

Müxtəlif göstəricilərə görə eşşək südü qadın südünə bənzəyir. Onun tərkibində az miqdarda protein var, lakin çoxlu albumin, antioksidantlar, həmçinin çoxlu miqdarda lizozim və digər antibakterial maddələr var. Mütəxəssislər eyni zamanda astma, bronxit və hətta vərəmin müalicəsinə də kömək edir.

Xəzər

"Cebhe.info"