Rusiyaya gedən azərbaycanlıların nəzərinə: Cəzalar artır, qayda sərtləşdi

Rusiyaya gedən azərbaycanlıların nəzərinə: Cəzalar artır, qayda sərtləşdi

Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsini tənzimləyən bir sıra qanunlar imzalayıb.

“Cebheinfo.az” xəbər verir ki, qüvvəyə minən layihələrin siyahısına qanunsuz miqrant tərəfindən cinayət törətməsinin ağırlaşdırıcı hal kimi tanınması, qanunsuz miqrasiya xidmətlərinin göstərildiyi saytların bloklanması, qeyri-qanuni miqrasiyanın təşkilinə görə cəzaların sərtləşdirilməsi, habelə üçüncü şəxslərə verilməsini qadağan edən qanun daxildir. 

Yeni qaydalara əsasən, mütəşəkkil dəstə tərəfindən və ya ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə qanunsuz miqrasiyanın təşkilinə görə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 3 milyondan 5 milyon rubla qədər cərimə, 10 ilədək müddətə müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzası nəzərdə tutulur. Hazırda bu cür pozuntulara görə maksimum cəza 7 il həbsdir.

Xəzər
“Cebheinfo.az”