Türkiyədən Azərbaycana bir-birindən maraqlı BAYRAM TƏBRİKLƏRİ

Türkiyənin dövlət qurumları və siyasətçiləri Azərbaycan dövləti və xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik ediblər.
Cebhe.info xəbər verir ki, dövlət qurumları və siyasilər öz təbriklərini “X” platforması vasitəsilə ediblər.
Türkiyənin Milli Müdafiə Nazirliyi ölkəmizi Azərbaycan Dövlət himninin sözləri ilə təbrik edib:“Sən olasan Gülüstan, Sənə hər an can qurban. Sənə min bir məhəbbət sinəmdə tutmuş məkan. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan! Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr - Zəfər Gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq”.
Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da təbrik edənlər arasındadır: "Can Azərbaycan, Zəfər Günün mübarək, varlığın daimi olsun".
Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu xalqımızı təbrik edərək hər zaman yanımızda olduqlarını qeyd edib:"Qarabağı işğaldan azad edən Can Azərbaycanın böyük zəfərinin 3-cü ildönümünü qürur və coşqu ilə təbrik edirik. Əziz şəhidlərimizi rəhmətlə yad edir, qəhrəman əsgər və qazilərimizə minnətdarıq. Bir millət, iki dövlət olaraq hər zaman yanınızdayıq".
Türkiyənin Məmləkət Partiyasının sədri Mühərrəm İncə Qarabağı işğaldan azad edən xalqımızı bu sözlərlə təbrik edib: "Qarabağda işğala son qoymaq üçün döyüşmüş, şəhid olan, qazi olan bütün azərbaycanlı qardaşlarıma salamlar olsun. 8 Noyabr - Azərbaycan Zəfər Gününüz mübarək!"
Günay Şahmar
Cebhe.info