Təbriz-Zəncan yolunda ağır qəza: 2 ölü, 6 yaralı

Təbriz-Zəncan yolunda ağır qəza: 2 ölü, 6 yaralı

İranda Güney Azərbaycanın Zəncan şəhərinin "22 Bəhmən" trasında iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, məlumatı “Mashreq” yayıb.

Hadisənin səbəbi araşdırılır.

Başqa bir məlumata görə, mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində Təbriz-Zəncan avtomobil şosesinin Bostanabad rayonunda bir neçə maşının toqquşması nəticəsində altı nəfər yaralanaraq hospitala yerləşdirilib.

Məlumata görə, zəncirvari qəzaya səbəb havanın dumanlı olması göstərilib.

"Cebheinfo.az"