Mourinyo vərəqə almaqda 23 futbolçusunu keçdi

Mourinyo vərəqə almaqda 23 futbolçusunu keçdi

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo bu mövsüm aldığı vərəqələrlə diqqət çəkir.

“Cebheinfo.az” xəbər verir ki, dünyaca məşhur mütəxəssis İstanbul klubunu çalışdırdığı 9 ay ərzində 8 dəfə vərəqə alıb.

O, sözügedən dövr ərzində 6 dəfə sarı, 2 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılıb. 62 yaşlı baş məşqçi bu göstəriciyə görə isə komandasındakı 23 futbolçunu geridə buraxıb. Qeyd edək ki, Mourinyo “Fənərbağça”dan əvvəl çalışdırdığı “Roma”da da bənzər problemləri yaşayırdı. O, İtaliya klubunda 14 dəfə sarı, 6 dəfə də qırmızı vərəqə ilə cəzalandırılıb. 

Elmir 
“Cebheinfo.az