“Qarabağ”ın təxirə salınmış matçının vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyunun vaxtı bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
“Şamaxı” – “Qarabağ” matçı dekabrın 19-da keçiriləcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.
"Cebheinfo.az"