Zaniolo yenidən “Qalatasaray”da

“Qalatasaray”ın “Fiorentina”ya icarəyə göndərdiyi Nikolo Zaniolo yenidən İstanbul təmsilçisinə dönür. 25 yaşlı yarımmüdafiəçi İtaliya klubunda lazımi qədər meydana çıxa bilmir.
"Cebheinfo.az" xəbər verir ki, italyan futbolçu komandadan ayrılacağı gözlənilən Barış Alpər Yılmazın mövqeyində çıxış edəcək. Baş məşqçi Okan Buruk sürəti ilə seçilən yarımmüdafiəçinin xidmətindən yararlanmaq niyyətindədir.
Qeyd edək ki, Nikolo Zaniolo bu mövsüm çıxdığı 32 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"