“Ac deyiləm, amma dadlı nəsə yemək istəyirəm” deyirsinizsə: OXUYUN

“Bir çox insan yemək istəməmək, lakin dadlı bir şeydən həzz almaq arzusu ilə tanışdır. Bu, emosional aclıqdır”.
“Cebehinfo.az” xəbər verir ki, bunu "Regina Doctor" “Telegram” kanalının müəllifi endokrinoloq deyib.
Həkim qeyd edib ki, fiziki aclığı emosional aclıqdan ayırmağa imkan verəcək çox aydın bir meyar var. Onun fikrincə, birincisi tam yeməkdən 3-4 saatdan tez baş verə bilməz - səhər yeməyi, nahar, şam yeməyi.
Həkim əlavə edib ki, emosional aclıq ona görə baş verir ki, həyatda yeməkdən başqa heç bir ləzzət yoxdur: “Ev, iş, gündəlik həyatda darıxdırıcı boşluq olan insanlarda emosional aclıq olur”.
Xəzər
“Cebheinfo.az”