Amerikalı müğənnidən etiraf: “Konsertlərim klub şənliyinə...”

Amerikalı müğənni Sabrina Karpenter gələn ay "'Short and Sweet” (Qısa və Şirin) adlı turnesi üçün Avropaya gələcək.
“Cebheinfo.az” xəbər verir ki, 25 yaşlı müğənni, baş tutan turu sayəsində milyarderə çevrilən Teylor Sviftdən ilham aldığını bildirib.
Karpenter açıqlamasında, "Təbii ki, onun stadion konsertləri ilə müqayisədə mənim konsertlərim klub şənliyinə bənzəyir" deyib.
Qeyd edək ki, Karpenter musiqi karyerasında keçən il çıxan altıncı albomu ilə yüksəlməyə başlayıb. O, bu il ilk dəfə Qremmi qazanıb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”