B12 vitamini ilə zəngin qidalar – SİYAHI

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Bədənin istehsal etmədiyi, lakin ən çox ehtiyac duyduğu vitaminlərdən biri olan B12 bu gün ən çox şikayət edilən çatışmazlıqlardan biridir. 

Cebhe.info xəbər verir ki, B12 sinir sisteminin formalaşması üçün əvəzolunmaz vitamindir.

B12 vitamini mal əti və toyuq əti istehlak etməyən insanlarda ən çox rast gəlinən çatışmazlıqlardandır.

Nevroloji və psixi pozğunluqlar kimi xəstəliyə meyilli olan şəxslərdə B12 çatışmazlığı vaxtında müalicə edilmədikdə daha ciddi pozğunluqlara səbəb ola bilər. 

Bağırsaqlarda bakteriyalar tərəfindən sintez oluna bilən və suda həll olunan B12 vitamini bədəndə qırmızı qan hüceyrələrinin çoxalmasını dəstəkləyir. Vitamin B12 sinirin daha sağlam işləməsi və bədən daxilində mübadiləni təmin etmək üçün lazımdır. 

Ancaq B12 vitamini çatışmazlığı olduqda, sinir hüceyrələri beyinə kifayət qədər stimul verə bilmir və bu da beyin yorğunluğunu artırır. Nəticədə stress və gərginlik kimi psixi pozğunluqlar artır. Bədənin xəstəliklərə qarşı müqavimətinin azalmasının səbəblərindən biri də B12 vitamini çatışmazlığıdır. 

Xüsusilə bu səbəbdən daimi qrip və yorğunluq yaşanır. Bağırsaqların işləməsində təsirli olan B12 vitamini tükəndikdə bu iş ya yavaşlayır, ya da daha sürətli işləyir. Bu səbəbdən bağırsaq ya qida maddələrini həzm etməkdə çətinlik çəkir, ya da onları tez həll edir.

Qəbizlik və davamlı ishal kimi iki fərqli həzm probleminə səbəb olur. B12 vitamini çatışmazlığının ən bariz əlamətlərindəkn biri də dırnaqların qırılması və saç tökülməsidir. Zəifləmiş sinir hüceyrələri bədəndəki ölü hüceyrələrə lazımi vitamin və mineralları çatdıra bilmədikdə, orada bərpa olunan kök hüceyrələr zəifləyir.

Bu qırılmaya və ya tökülməyə səbəb olur. Əzələlərin və sümüklərin zəifləməsi və gün ərzində bədən enerjisinin sürətlə tükənməsi də B12 çatışmazlığının əlamətlərindəndir. 

Əllərdə və ayaqlarda davamlı yanma hissinin artması ilə yanaşı, danışmada çətinlik və yaddaş pozğunluğu da ən ciddi simptomlar arasındadır. 

Bəs hansı qidalarda bu vitamin var?

Süd və süd məhsulları tərkibində çoxlu B12 vitamini olan pendir, kalsium və kaliumun tam mənbəyidir. Eyni şəkildə qatıq da bu bu çatışmazlığı aradan qaldıran qidalar arasındadır.

Bu çatışmazlıq gündəlik bir boşqab göbələk ilə də aradan qaldırıla bilər.

Bədənin gündəlik B12 vitamini ehtiyacını qarşılayan ən təsirli qidalar dəniz məhsullarıdır.

Mütəxəssislər həftədə ən az iki dəfə balıq məhsulları istehlak etməklə orqanizmin əsas ehtiyacı olan vitamin çatışmazlığının aradan qaldırılacağını vurğulayırlar.

Mal-qarada daha çox olan B12 vitamini xüsusilə ağciyərlərdə olur.

Mütəxəssislər bildirirlər ki, orta hesabla bir insan gündə 100 qram qaraciyər istehlak edərsə, bu çatışmazlıq artıq kompensasiya olunar. 

Naibə 
Cebhe.info