“Bu Şəhərdə”də ər xəyanəti: Dava həqiqi deyilmiş? - FOTO

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində baş verən davanın əslində, qurama olduğu aşkarlanıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bu Şəhərdə”nin "Facebook" səhifəsində məlumat ayayılıb.
"Bu, bizim "Plastik Əməliyyat" konsertimizdə bir zarafat idi. Allah bizim tamaşaçıları qorusun!" .
Xatırladaq ki, “Bu Şəhərdə” konsertindən əvvəl gözlənilməz hadisə baş verib. Bir qadın guya ərini başqa bir qadınla tamaşaya gəlmiş halda görüb. Qəzəblənmiş xanım ərinə yaxınlaşaraq qışqıra-qışqıra xəyanətin baiskarı olan gənc qıza hücum edib.
“Cebheinfo.az”