Lentlə yapışdırılan banan şok qiymətə satıldı - FOTO

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara yapışdırılmış banan hərracda 6,2 milyon dollara (təxminən 10 milyon 540 manat) satılıb.
“Cebheinfo.az” xəbər verir ki, əsər Nyu-Yorkda “Sotheby's” hərracında alıcılara təqdim olunub.
Böyük marağa səbəb olan əsər üçün hərrac 800 min dollardan başlayıb. Bir neçə dəqiqə ərzində qiymət 2 milyon dollara, sonra 4 milyon dollara yüksəlib.
Hərrac meneceri Oliver Barker satış zamanı "Bu fürsəti qaçırmayın, əvvəllər bu sözləri deyəcəyimi heç düşünməmişdim: Beş milyon dollara banan!" deyib.
Kriptovalyuta platforması olan TRON-un qurucusu Castin Sun təxminən 5,2 milyon dollarlıq təklifin üstünə 1 milyon dollarlıq hərrac komissiyası ödəyərək əsəri ümumilikdə 6,2 milyon dollara alıb.
Sun açıqlamasında, "Mən Castin Sunam və Mauritsio Kattelanın məşhur “Komediyaçı”sını 6,2 milyon dollara uğurla aldığımı bölüşməkdən məmnunam.
Bu təkcə sənət əsəri deyil. O, sənət və kriptovalyuta birliyini birləşdirən mədəni fenomeni təmsil edir. İnanıram ki, bu əsər gələcəkdə daha çox fikir və müzakirələrə səbəb olacaq və tarixin bir parçası olacaq.
Mən Bananın sahibi olmaqdan qürur duyuram və onun bütün dünyada sənət həvəskarları üçün daha çox ilham və təsir yaratmasını səbirsizliklə gözləyirəm.
Bundan əlavə, yaxın günlərdə bu unikal sənət təcrübəsinin bir hissəsi kimi bananı yeyəcəyəm və onun həm sənət tarixində, həm də populyar mədəniyyətdəki yerini şərəflə qiymətləndirəcəyəm" deyib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”.