Fuat Oktay: "Türkiyə-Azərbaycan qardaşlığı əbədidir"

Fuat Oktay: "Türkiyə-Azərbaycan qardaşlığı əbədidir"

Hər sahədə əməkdaşlığımız iki dost ölkənin deyil, iki öz qardaş arasında əməkdaşlıq kimidir. XXI əsrdə də tarix yazmağa davam edirik.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay deyib.

O bildirib ki, ölkələrimiz arasındakı əlaqələr həm bölgənin inkişafına, həm də qlobal inkişafa töhfə verməkdədir:

“Dünyanın bir çox bölgəsində qeyri-sabitliyin şahidi olmaqdayıq. Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verən hadisələr əlaqələrimizin daha da gücləndirilməsini labüd edir. Azərbaycan-Ermənistan arasında sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır”.

Fuat Oktay Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayıb: 

“Bizlər Laçını Ankaradan ayrı görmürük. Bəxtiyar Vahabzadənin də dediyi kimi, bizlər eyni ananın iki oğlu, eyni ağacın iki budağıyıq. Bayraqlarımız, vətənlərimiz, dövlətlərimiz, parlamerntlərimiz daim olsun”.

"Cebheinfo.az"