Laçın-Xankəndi yolundan RSK-nın 25 avtomobili keçib - YENİLƏNİB-4

Laçın-Xankəndi yolundan RSK-nın 25 avtomobili keçib - YENİLƏNİB-4

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 25-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Cebhe.info