Satılan məhsulların keyfiyyəti üzərində nəzarət aparılır?
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyri ərzaq məhsullarının fiziki-kimyəvi, toksikoloji, radioloji, bakterioloji keyfiyyətinə nəzarət aparır”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu məhsullara gigiyenik, ağız boşluğu üçün maye gigiyenik, təravətləndirici, əl üçün dezinfeksiya, etil spirti və onun əsasında hazırlanmış vasitələr, ətriyyat-kosmetika vasitələri, yağ, krem, gel, losyon, sabun, şampun, tibbi bint, pambıq, salfet, polimer materiallardan hazırlanmış məmulatlar və s. aiddir.
Belə ki, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında təqdim etdikləri nümunələrdə, eləcə də, sahibkarların yazılı müraciətləri əsasında onlara məxsus istehsalat sahələrindən məhsul nümunələri laborator müayinələrə götürülür və yuxarıda adları çəkilən müayinələr aparılır.
Aparılmış müayinələrin müsbət nəticələrinə əsasən, məhsullara toksikoloji gigiyena rəyi və ya gigiyenik sertifikat verilir.
Gülər
“Cebheinfo.az”

