Qarabağdakı ermənilər ya dialoqu qəbul edəcəklər: Ya da... 

Qarabağdakı ermənilər ya dialoqu qəbul edəcəklər: Ya da... 

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaqdan başqa alternativ yolu yoxdur.

Onların təhlükəsizliyi və hüquqlarının təminatı, sosial şəraitinin normallaşdırılması və istənilən sahədə azad fəaliyyətləri yalnız Azərbaycan konstitusiyasını və qanunlarını qəbul etdiyi təqdirdə mümkündür. Qeyd edək ki, martın 27-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayindələrinə aprel ayının birinci yarısında Bakıda görüşün keçirilməsini təklif edib.

Bu görüşdə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirədiləcəyi bildirilib. Lakin Qarabağda erməni əhalisinin nümayəndələri Prezident Administrasiyasının təklifinə müsbət cavab vermək əvəzinə yenə də dialoqdan imtina ediblər. Özlərini cahilliyə salıb birgəyaşayışla bağlı məsələlərin müzakirəsindən uzaq durmaqla guya, özlərini xilas etməyə çalışırlar. Düşünürlər ki, guya rus sülhməramlıları daim və əbədi ermənilərin arxasında olacaq, onların təhlükəsizliyinə zamin duracaq. İfrat millətçi təfəkküründə olan, gözlərini qana bürüyən və iyrənc milli xislətlərindən xilas ola bilməyən ünsürlər bəyan edirlər ki, Azərbaycan cəmiyyətinə reinteqrasiya erməni xalqının məhv olmasına gətirib çıxaracaq.

Halbuki onlar bunun tam əksini düşünməlidirlər. Bu, onu göstərir ki, ərazilərimizdə erməni əhalisini təmsil edən ünsürlər normal və rasional düşüncə qabiliyyətinə malik deyillər. Qarabağdakı erməni ictimaiyyətinin nümayindələri Azərbaycanla dialoqdan qaçmaqla və reinteqrasiya prosesindən yayınmaqla yalnız öz millətinin – ərazilərimizdə məskunlaşan ermənilərin işini çətinləşdirir. Çünki qondarma rejimin ünsürləri, eləcə də digər ölkələrdən gələn erməni millətçiləri erməni əhalini girov saxlamaqla, onlar arasında Azərbaycana qarşı düşmənçiliyi təbliğ etməklə öz varlıqlarını təhlükə altına salır, növbəti alovun alışmasına şərait yaradırlar. Son otuz illik işğal ərzində erməni millətçiləri öz arzularına nail olmadığı kimi, gələcəkdə də nail ola bilməyəcəklər. Onsuz da gec-tez rus sülhməramlıları ərazilərimizi tərk edəcək, Azərbaycan Ordusu bütün Qarabağ üzərində tam nəzarəti bərpa edəcək.

Hətta Ermənistan rəhbərliyi də Qarabağdakı ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından başqa yol görmür. Bu yaxınlarda Ermənistan mətbuatında yayılan məlumatlara görə, Ermənistanın Baş naziri Nikol Paşinyan erməni separatçılarının başçısı Araik Arutyunyanla telefon danışığında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına ehtiyac olduğunu bildirib. Məlumatlarda qeyd edilib ki, Baş nazir separatçıları Bakı ilə dil tapmağa çağırıb. Görünür, Ermənistan Qarabağ yükünü öz çiyinlərindən birdəfəlik atmaq istəyir. Yəqin Paşinyan Qarabağ ermənilərinə demək istəyir ki, taleyinizi Azərbaycan rəhbərliyi ilə həll edin və İrəvandan əl çəkin. Əlbəttə, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsində uğurlu addımlar atmaq mümkündür. Lakin bu prosesdə bir sıra ciddi manelər var.

Bu manelər Qarabağda əbədi sülhün, sabitliyin və əmin-amanlığın təmin olunmasına, o cümlədən Azərbaycan və erməni ictimaiyyətinin birgəyaşayışına əngəllər yaradır. Birincisi, qondarma rejimin rəhbərliyindəki millətçi ünsürlərin əksəriyyətinin əli Azərbaycan xalqının qanına batıb. Birinci Qarabağ müharibəsi zamanı xalqımıza qarşı etnik təmizləmə aparan, məqsədyönlü şəkildə günahsız qadınları, uşaqları və qocaları öldürən, habelə şəhərlərimizi və kəndlərimizi viran edən, mədəni-dini irsimizi məhv edən ünsürlərlə reinteqrasiya ilə bağlı dialoq aparmaq qeyri-mümkündür, heç vaxt da mümkün olmayacaq. İfrat erməni millətçiləri Azərbaycan düşmənçiliyini davam etdirib və bundan sonra da davam etdirəcəklər. Amma əli qana batmamış ermənilərin arasından normal düşüncəyə malik olanlarla dialoq, təmas mümkündür.

Lakin onu da nəzərə almalıyıq ki, Azərbaycan ictimaiyyəti ilə təmasların qurulmasına müsbət reaksiya verən istənilən erməni sakin qondarma rejimin hədəfindədir. Rus sülhməramlıları da reinteqrasiya prosesinə əngəl yaradırlar. Rusiya sülhməramlı kontigenti rəhbərliyinin erməni separatçıları üzərində təsir imkanları böyükdür. Çünki bölgədə hər bir hərəkət, hər bir atılan addım rus hərbiçiləri ilə koordinasiya şəkildə həyata keçirilir. Kreml çox yaxşı bilir ki, Qarabağda sülh, təhlükəsizlik, əmin-amanlıq və birgəyaşayış kimi məsələlər öz həllini tapdığı təqdirdə rus sülhməramlılarına ehtiyac qalmayacaq. Bu da Rusiyanın Cənubi Qafqaz strategiyasına mənfi təsir edəcək.

Qarabağda, eləcə də Azərbaycan-Ermənistan sərhədində gərginliyin yaşanması, qanlı toqquşmaların baş verməsi, bir sözlə münaqişənin davam etməsi Rusiyanın regionda mövcudluğuna xidmət edir. Belə olan halda Moskvanın Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına imkan verəcəyi müşkül görünür. Yuxarıda sadaladığımız problemlərin həlli müəyyən zaman aparacaq. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi bu müddət ərzində Qarabağ üzərində suverenliyin bərpası istiqamətində daha da münasib manverlərə əl atacaq.

Rəsmi Bakı Qarabağ erməniləri ilə sakit tərzdə dialoqa çalışsa da, ikinci variant-antiterror əməliyyatı hər zaman mümkündür. Rus sülhməramlıların Qarabağı tərk etdiyi, həmçinin qeyri-qanuni erməni silahlı dəstələrin və erməni separatçıların aradan qaldırıldığı təqdirdə erməni əsilli vətəndaşlarımızla dialoq mümkündür.

Yunis Abdullayev
Cebhe.info