“Kişi 3 qadını “of” demədən idarə edər” - Psixoloqdan olay açıqlama

“Kişi 3 qadını “of” demədən idarə edər” - Psixoloqdan olay açıqlama

“Kişinin xəyanəti normal və ya həzm edilə bilən sayılır”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”-ya açıqlamasında deyib. O, sözlərini tibbi cəhətdən izah edib: 

“Məsələn, bir qadının eyni anda 4 kişi ilə birlikdə olması tibbi olaraq uyğun deyil. Çünki qadın bətnindəki döllənmə eyni anda 4 kişinin spermasını dölləyə bilməz. Sadəcə bir kişiyə məxsus spermanı tuta və hamilə qala bilər. Yəni 4 kişi eyni anda bir qadını hamilə qoya bilməz. Qadın neçə kişi ilə cinsi münasibətdə olmasından asılı olmayaraq, həmin dönəm sadəcə bir kişidən hamilə qalır. Amma kişidə vəziyyət fərqlidir. Yəni kişi eyni gündə 10 qadınla görüşüb hamısı hamilə qoya bilər”. 

Psixoloq qeyd edib ki, qadın naturası və psixologiyası münasibətdən tez təsirlənir:

“Yəni bəzi qadınlar hansısa kişiyə salam verəndə, uzaq vədədə ondan uşaq doğmağa qədər düşünə bilirlər. Lakin adətən kişinin ilk tanış olduğu qadınla evlənmək kimi məqsədi olmur. Amma hamısını hamilə edə bilmə potensialı mövcuddur. 

Belə desək ki, kişi qadının uzaq vədəki planı reallaşdıra biləcəyi üçün insanlar onu qınamır və ya ittiham etmir. Çünki kişiyə etika, təbiət və mentalitet də icazə verir”. 

Əfsanə Rüstəmova diqqətə çatdırıb ki, tarix boyu kişinin həyatında çox qadın olması güc göstəricisi kimi qiymətləndirilib:

“Keçmişdə xanların, sultanların hərəmxanalarının olması kişinin gücünün həm də qadın vasitəsilə bilindiyini göstərirdi. Yəni “kişinin həyatında nə qədər çox qadın varsa, o qədər güclüdür” anlayışı var idi. Kişinin həyatındakı qadın sayının az olması isə onun iqtidarına şübhə yaradırdı. Bu, tarixdə olan düşüncə tərzi idi. Biz də həmin ataların uşaqlarıyıq. Əlbəttə ki, bu da bizim DNT-mizdə, kökümüzdə və hüceyrə yaddaşımızda qalıb. İndi də bəziləri elə düşünürlər ki, kişi güclüdürsə, həyatında ən azı 2-3 qadın olmalıdır. Ümumiyyətlə, kişi 3 qadını “of” demədən idarə edə bilər. Zəif kişi isə bir qadını idarə edə bilməz. Bu, bir növ tarixdən də bilinən güc göstəricisidir”. 

Elmir Mustafa 
“Cebhe.info”