Bu yazıların yalnız 25 %-i tərcümə materialı olaсaq: Müsabiqədə yeni tələb

Bu yazıların yalnız 25 %-i tərcümə materialı olaсaq: Müsabiqədə yeni tələb

“Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu APA-ya müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə.İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı ola biləcəyi ilə bağlı tələb irəli sürülüb.

“Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq”, - MEDİA-nın İcraçı direktoru vurğulayıb.

"Cebheinfo.az"