Lavrov və Rubio Ukraynada vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Bu barədə Rusiya XİN-in məlumatında deyilir.
“28 may tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub”, – xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.
Qeyd edilib ki, Rubio rusiyalı həmkarı ilə söhbətində Trampın Rusiya – Ukrayna münaqişəsinin tezliklə sona çatmasına yönəlmiş mövqeyini vurğulayıb. Lavrov Rubionu Moskvanın İstanbulda Ukrayna ilə növbəti birbaşa danışıqlar raunduna konkret təkliflər hazırladığı barədə məlumatlandırıb.
Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Onlar Rusiya və ABŞ-nin diplomatik qurumları arasında konstruktiv dialoqu davam etdirmək niyyətini təsdiqləyiblər.
"Cebheinfo.az"