“Çelsi” Konfrans Liqasının qalibi oldu - VİDEO

UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, “Çelsi” finalda “Betis”i məğlub edib.
Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutan matçda “zadəganlar” 4:1 qalib gəlib.
UEFA Konfrans Liqası
Final
“Betis” – “Çelsi” 1:4
Qollar: Ezzalzuli 9 - Fernandes 65, Cekson 70, Sanço 83, Kaysedo 90+1.
"Cebheinfo.az"