Nazirlik geri çəkildi: Valideynlərin tələbi TƏMİN OLUNDU

Nazirlik geri çəkildi: Valideynlərin tələbi TƏMİN OLUNDU

Xəbər verdiyimiz kimi,  bu il lisey və gimnaziyada mərkəzləşmiş qaydada şagird qəbulu qaydalarında dəyişiklik elan edilmişdi.

Belə ki,  qəbul yalnız 7 -ci siniflər üzrə aparılmalı idi, yəni 5-6-ci siniflər üzrə imtahan ləğv edilmişdi. Qərar valideynlərin kütləvi narazılığına səbəb olmuşdu.

"Cebheinfo.az"-a valideynlərin verdiyi məlumata görə,  nazirliyin qərarında dəyişiklik edilib. Belə ki,  istisna olaraq, bu il 5-6-cı siniflərə də lisey və gimnaziyada mərkəzləşdirilmiş qəbul imtahanları keçiriləcək.  Bu barədə valideynlərə Eım və Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil İnstitutundan verilən məlumata görə, şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildirilir ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. 

Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək.

Qeyd edək ki, 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək.

Xəzər

"Cebheinfo.az"