Mask elan etdi: ABŞ hökumətindəki vəzifəsindən getdi - FOTO

Mask elan etdi: ABŞ hökumətindəki vəzifəsindən getdi - FOTO

Dünyanın ən zəngin adamı, “SpaceX”, “Tesla” və “X” platformasının icraçı direktoru, ABŞ Prezidenti Donald Trampın seçki prosesi zamanı ən böyük dəstəkçisi olan İlon Mask ABŞ hökumətindəki Hökumətin Səmərəliliyi Departamentindən (DOGE) ayrıldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İlon Mask vəzifəsindən getməsi ilə bağlı "X" sosial media platformasında açıqlama verib.

Mask xüsusi hökumət məmuru kimi səlahiyyət müddətim başa çatdıqda, mənə israfçılığı azaltmaq imkanı verdiyi üçün Prezident Donald Trampa təşəkkür etmək istəyirəm deyib. 

Maskın açıqlamasını Ağ Ev də təsdiqləyib.

Amerika mətbuatının yazdığına görə, Mask postundan getməzdən əvvəl Trampla rəsmi görüş keçirməyib.

Mask Tramp hökumətindəki vəzifəsinə Xüsusi Hökumət əməkdaşı kimi başlayıb.

Amerika qanunları bu kateqoriyadan olan məmurların səlahiyyət müddətini ildə 130 günlə məhdudlaşdırır.

Trampın andiçmə mərasimindən sonra başlayan Maskın səlahiyyət müddəti də sabah bitməli idi.

Nigar Hacılı 
"Cebheinfo.az"