“Bunun nəticəsində tərəflər arasında qarşılıqlı etimad gücləndirilir”

“Bunun nəticəsində tərəflər arasında qarşılıqlı etimad gücləndirilir”

“Son illərdə ölkəmizdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətlərinin yerli mediada operativ formada ifşa olunması, ictimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşı dayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin olunmuşdur”.

"Cebheinfo.az" xəbər verir ki, bunu APA-ya müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

“Heç şübhəsiz ki, cəmiyyətin ictimai-siyasi sayıqlığının qorunması, dövlətçilik prinsip və dəyərlərinin təbliği istiqamətində dövlətin mesajlarının media ilə cəmiyyətə düzgün çatdırılması ictimai rəyin sağlam prinsiplər əsasında formalaşmasına ciddi təsir etməkdədir. “Media haqqında” Azərbaycan Qanununun qəbulu və Media Reyestrinin yaradılması nəticəsində bu kommunikativ əlaqədə etibarlılığın təmin olunduğu müşahidə edilməkdədir.

Xüsusilə vurğulanmalıdır ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və müxtəlif dövlət qurumlarının tərəfdaşlığı ilə hər il may ayının əvvəlində keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum dövlət-media dialoqunun praktik platforması rolunu oynayır və hər bir dövlət qurumunun öz mesajlarını auditoriyaya effektiv formada çatdırması üçün açıq müzakirə formatı təqdim edir. Beləliklə, müxtəlif sahələrdə dövlət siyasətini həyata keçirən strukturlarla media arasında fikir və mesajların birbaşa ötürüldüyü müzakirə mühiti yaradılır, nəticədə kommunikasiya effektiv formada həyata keçirilir, tərəflər arasında qarşılıqlı etimad gücləndirilir”, - Ə.İsmayılov bildirib.

"Cebheinfo.az"