Azərbaycanda evtanaziyaya icazə verilə bilərmi?

Azərbaycanda evtanaziyaya icazə verilə bilərmi?

Dünən Niderlandda 12 yaşdan aşağı uşaqlara evtanaziya hüququnun tanınması dünya mediasında müzakirələrə səbəb olub.

Bir çox mütəxəssislər bunun doğru qərar olmadığını müxtəlif mülahizələrlə açıqlamağa çalışıblar.

ümumiyyətlə, bir çox ölkələrdə evtanaziya qəbul edilməzdir və buna görə ölüm cəzasının tətbiqi belə qanunla tənzimlənir.

İlk dəfə evtanaziya 2002-ci ildə Niderlandda baş tutub. Bu gün həmçinin Belçikada, İsveçrədə, Lüksemburqda, ABŞ-ın bir çox ştatlarında rəsmi şəkildə evtanaziyaya icazə verilir.

Statistikaya görə könüllü şəkildə ölmək istəyənlərin sayı ildən-ilə artır. Təkcə 2012-ci ildə 4 188 niderlandlı könüllü şəkildə öldürülüb.

Bəs Azərbaycanda evtanaziyaya qanunla icazə verilə bilər?

Cebhe.info-nun məlumatına görə, evtanaziya ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 135-ci maddəsində deyilir:

"Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Qeyd edək ki, evtanaziyanın yaradıcısı Frensis Bekon isə öz icadını belə izah edirdi:

“Mən tamamilə əminəm ki, həkimin vəzifəsi yalnız xəstəni sağaltmaq deyil, eyni zamanda onun düçar olduğu sağalmaz xəstəlik səbəbindən çəkdiyi əzablardan qurtulmağa kömək etməkdir. Və əgər artıq xəstənin xilasına heç bir ümid yoxdursa, yalnız rahat və sakit ölüm onu bu əzab-əziyyətlərdən qurtarmağa son çarədir”.

Naibə
Cebhe.info