Qətər HƏMAS-İsrail yaxınlaşmasında irəliləyiş görür

Qətər HƏMAS-İsrail yaxınlaşmasında irəliləyiş görür

Qətər İsrail və Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşmasına qayıtması istiqamətində irəliləyiş görür.

Bunu Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

"Biz aprelin 24-də tərəflərin atəşkəs danışıqları ilə bağlı mövqelərinin yaxınlaşdırılmasında müəyyən irəliləyiş olduğunu qeyd etdik”, - o deyib.

XİN rəhbəri tərəflərin mövqelərini şərh edərək, HƏMAS-ın İsrailin rədd edə biləcəyi şərtlərlə məhbusların əvəzində bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, İsrail Qəzzada müharibəni dayandırmaq perspektivi olmadan bütün girovları azad etmək istəyir.

"Cebheinfo.az"