Premyer Liqanı tərk edəcək sonuncu klub da müəyyənləşdi

Premyer Liqanı tərk edəcək sonuncu klub da müəyyənləşdi

İngiltərə Premyer Liqasını tərk edəcək üçüncü klub da bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu, “İpsviç Taun”dur.

Komanda 34-cü turda səfərdə “Nyukasl”a 0:3 hesabı ilə məğlub olub. İpsviç təmsilçisi mövsümün sonuna dörd tur qalmış çempionatdakı yerini qorumaq şansını itirib. “İpsviç Taun” ötən mövsüm Çempionşipdən Premyer Liqaya yüksəlmişdi.

Qeyd edək ki, bundan əvvəl “Sauthempton” və “Lester”in Premyer Liqanı tərk etməsi dəqiqləşmişdi.

"Cebheinfo.az"