Avropa Komissiyasının toksik rəhbərinin istefası istənilir

Avropa İttifaqının yüksək vəzifəli məmurları Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin toksikliyinə getdikcə daha çox əmin olurlar və onun istefasını istəyirlər.
Bu barədə İsveçrənin “Die Weltwoche” jurnalı Avropa İttifaqının diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Brüssel hesab edir ki, AK rəhbərinin istefası Avropa İttifaqında bir çox proseslərin qarşısını aça bilər. Nəşrə görə, Aİ-dəki siyasi böhran Ursula fon der Lyayenin siyasi və diplomatik istedadlarının xeyrinə danışmır.
“Qərbdə ABŞ-la ticarət mübahisəsi var, şərqdə Ukraynada münaqişə və Rusiya ilə münasibətlərin pisləşməsi (sanksiyalar həm də ticarət müharibəsinin bir növüdür) və üstəlik, qitə üçün o qədər də ürəkaçan olmayan Çinlə qarşıdurma davam edir”, - məqalədə vurğulanıb.
ABŞ prezidenti Donald Tramp inauqurasiyadan sonra (20 yanvar 2025-ci il) Avropa Komissiyasının rəhbəri ilə görüşməyib. Bu müddət ərzində dövlət katibi Marko Rubio bu münasibətlə xüsusi olaraq Vaşinqtona səfər etmiş Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə iki görüşü ləğv edib. Rubio bunu “cədvəlin uyğunsuzluğu” ilə əlaqələndirib.
"Cebheinfo.az"