Samuxda iki avtomobil toqquşub

Samuxda iki avtomobil toqquşub

Samuxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"