Limanda yanğın yenidən başladı

İranın Bəndər Abbas şəhərində limanda baş verən yanğın yenidən alovlanıb.
Bunu Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə halların idarə edilməsi şöbəsinin rəhbəri Mehrdad Həsən-zadə bildirib.
“Bəzi konteynerlərdə olan bitum və kimyəvi maddələr limanın şərq hissəsində ikinci yanğına səbəb olub”, - İran rəsmisi bildirib.
Qeyd edək ki, aprelin 27-də səhər saatlarında İran Daxili İşlər Nazirliyi yanğının artıq 80 faizinin söndürüldüyünü bildirib.
Onu da əlavə edək ki, hadisə nəticəsində ölənlərin sayı 28-ə çatıb.
"Cebheinfo.az"