“Qarabağ” bu gün çempion ola bilər

“Qarabağ” bu gün çempion ola bilər

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Öncə “Səbail”lə “Araz-Naxçıvan” üz-üzə gələcəklər. Günün daha çox maraq doğuran oyununda isə “Sabah” lider “Qarabağ”ı qəbul edəcək.

76 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi bu oyunda məğlub olmayacağı təqdirdə qızıl medalları vaxtından əvvəl özü üçün təmin edəcək.

Daha öncə keçirilmiş “Turan Tovuz” – “Şamaxı” matçında qalib müəyyənləşməyib (1:1), “Kəpəz” isə “Zirə”yə uduzub – 0:1. Tura sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
32-ci tur
27 aprel

“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
“ASCO Arena”, 17:30.

“Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
“Bank Respublika Arena”, 20:00.

"Cebheinfo.az"