Qazmanovla Urqant arasında qalmaqal

Rusiyanın Xalq artisti Oleq Qazmanov şoumen İvan Urqantı tənqid edib.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə Urqantın İsraildəki konsertində "Moskva" mahnısını sözlərini dəyişərək ifa etməsi olub. Teleaparıcının xaricdəki rezonanslı çıxışından sonra Qazmanov İvanı "yumor hissi olan istedadlı insan" adlandırsa da, parodiyanı qiymətləndirməyib.
"Bu, mənim üçün biabırçılıqdır! İsraildə ciddi şəkildə "Moskva" mahnısını ivrit dilində oxumağa çalışır. O, bunu ciddi edə bilmir, bu, stend-up komediyasının karikaturasına bənzəyir" deyə, Qazmanov söyləyib.
"Cebheinfo.az"