İranda partlayış: Yaralananların sayı artdı

Bu gün İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 406 nəfərə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bidirilib ki, hazırda partlayışın başvermə səbəbləri məlum deyil.
Partlayışın məhz İranın Omanda ABŞ ilə nüvə danışıqlarının üçüncü raunduna başladığı gün baş verməyi isə diqqət çəkib.
"Bu hadisəyə səbəb Şəhid Raci limanının estakada ərazisində saxlanılan bir neçə konteynerin partlamasıdır”, - deyə qeyd olunub.
Bildirilib ki, limanda çoxlu sayda insan işlədiyinə görə, hadisə nəticəsində xeyli insan yaralanıb. Hazırda say artmaqda davam edir.
Nigar Hacılı
"Cebheinfo.az"