Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb

İmişlidə dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində İmişli rayonu ərazisində yerləşən dəmir yolu stansiyalarının birində 1 tapança və 407 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.
Araşdırma aparılır.
"Cebheinfo.az"