Zelenski və Tramp bu məsələdə razılaşdılar

Zelenski və Tramp bu məsələdə razılaşdılar

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıblar,

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Məlumata görə, komandalar görüşün davamının təşkili üzərində işləyirlər.

"Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər", - S.Nikiforov bildirib.

O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.

"Cebheinfo.az"