Papanın dəfnində iştirak edən liderlər - FOTOLAR

Vatikanda Roma Papası Fransiskin dəfn mərasimində dövlət və hökumət başçıları, ruhanilər və dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar iştirak edir.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, dəfn mərasimində təxminən 140 min insanın iştirak etdiyi bildirilir.
Qonaqlar arasında ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Britaniyanın Baş naziri Keir Starmer, Ukrayna Prezidenti Volodimir Zelenski və digər şəxslər var. Azərbaycanı Milli Məclisin spikeri Sahibə Qafarova təmsil edəcək. İtaliya mətbuatının məlumatına görə, mərasimdə 500 minə qədər adamın iştirakı gözlənilir.
"Cebheinfo.az"