Şimali Koreya yeni 5000 tonluq esminesi suya buraxıb

Şimali Koreya Hərbi Dəniz Qüvvələri ordunun yaranmasının 93-cü ildönümü münasibətilə güclü silahlar və ən müasir sistemlərlə təchiz edilmiş 5000 tonluq yeni esminesi suya buraxıb.
"Cebheinfo.az" xəbər verir ki, nüvə silahları və ballistik raket proqramı ilə Koreya yarımadası və ətraf bölgələrində təhlükəsizlik narahatlığına səbəb olan Şimali Koreya yeni müdafiə addımı atıb.
Şimali Koreya rəhbərliyindən verilən açıqlamaya görə, ən müasir silah sistemləri ilə təchiz edilmiş 5 min ton ağırlığında yeni çoxməqsədli döyüş gəmisi Koreya Xalq Ordusunun yaranmasının 93-cü ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Nampho Gəmiqayırma Zavodunda təşkil edilən mərasimlə suya buraxılıb.
Mərasimdə Şimali Koreya lideri Kim Çen In, Kimin qızı Ju-ae, yüksək səviyyəli komandirlər və dövlət rəsmiləri iştirak ediblər.
Nigar Hacılı
"Cebheinfo.az"