"Çelsi"nin əfsanəsindən Messiyə gözlənilməz məsləhət

"Çelsi"nin əfsanəsindən Messiyə gözlənilməz məsləhət

Londonun "Çelsi" klubunun keçmiş hücumçusu Didye Droqba "Qızıl top" mükafatının səkkizqat sahibi Lionel Messiyə karyerasını bitirməyi məsləhət görüb.

Oxu.Az bu barədə "Give me Sport"a istinadən xəbər verir.

"Mən Lionel Messiyə indi dayanmağı məsləhət görərdim, o, futbol üçün artıq çox şey edib. Son dünya çempionatındakı qələbə onu daha da əfsanəvi etdi. O, heyrətamiz oyunçudur!", - deyə Droqba bildirib.

Qeyd edək ki, 37 yaşlı L.Messi 2023-cü ilin yayından "İnter Mayami"nin heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 49 oyunda iştirak edib, 42 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

"Transfermarkt" portalında təqdim olunan məlumata görə, futbolçunun transfer dəyəri 20 milyon avro təşkil edir.

"Cebheinfo.az"