Məşhur astroloq buna görə saxlanıldı

Məşhur astroloq buna görə saxlanıldı

“TikTok” sosial media platformasında 300 mindən çox izləyicisi olan 21 yaşlı astroloq John Moe The Myanmada güclü zəlzələ olacağını proqnozlaşdırdıqdan sonra, “çaxnaşma yaratmaq” ittihamı ilə evinə edilən basqın nəticəsində saxlanılıb.

“Cebheinfo.az” xəbər verir ki, gənc astroloq aprelin 21-də güclü zəlzələ olacağını bildirmişdi. 

Belə ki, o, paylaşdığı videoda 12 gün ərzində Myanmada “bütün şəhərləri” təsir edəcək “çox güclü” zəlzələnin baş verəcəyini iddia edib.

“Gün ərzində hündür binalarda qalmayın. Əhəmiyyətli əşyalarınızı özünüzlə aparın, binalardan uzaq durun” deyə çağırış edib.

Sözügedən video 3.3 milyon baxış sayı qazanıb. Bundan sonra polis astroloqun Myanmanın mərkəzində yerləşən Monyva şəhərindəki evinə basqın edərək onu saxlayıb.

Myanmarın hərbi rəhbərliyi tərəfindən yayımlanan açıqlamada qeyd olunub:

““TikTok” sosial media platformasında güclü zəlzələ olacağına dair saxta xəbər yayılması ilə bağlı məlumat aldıq.

Bu şəxsə qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək. Eyni zamanda, saxta xəbər yazan, yayan və ya paylaşanlara qarşı da ciddi hüquqi addımlar atılacaq”.

Həmçinin, astroloqun 300 mindən çox izləyicisi olan “TikTok” hesabı bağlanıb.

Qeyd edək ki, Myanmanın mərkəzi bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3.700-dən çox insan həyatını itirib, 60.000-dən çox insan isə yaralanıb.

Təbii fəlakətdən sonra bir çox yol və körpü istifadəyə yararsız hala düşüb, elektrik və rabitə infrastrukturuna ciddi ziyan dəyib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”