Zelenski və Tramp Romada görüşdülər - FOTO

Aprelin 26-da Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin Ofisindən məlumat verilib.
"Sky News" məlumat verib ki, Tramp və Zelenski Vatikanda Papa Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, iki ölkə lideri uzun sürən xəstəlikdən sonra aprelin 21-də 88 yaşında vəfat edən Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gəliblər.
Həmçinin bildirilir ki, Donald Trampın Volodimir Zelenski ilə görüşdən əlavə, İtaliyanın Baş naziri Corciya Meloni ilə də danışıqları planlaşdırılır.
"Cebheinfo.az"