Avropada təbii qaz 5%-dək ucuzlaşıb

Avropada təbii qaz 5%-dək ucuzlaşıb

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 380 ABŞ dollarından aşağı enib.

"Cebheinfo.az" “APA-Economics”-ə istinadən xəbər verir ki, 25 aprel tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə may fyuçerslərinin qiyməti 376 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (394,8 dollar) ilə müqayisədə 4,8% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

"Cebheinfo.az"