“Sevmək, xoşbəxt olmaq istəyirəm” - FOTOLAR

“Bu gün səhnə mənimdir! Bir yaş daha böyüdüm, gücləndim, daha özümə yaxınlaşdım. Həyatın mənə verdiyi bütün dərslərə, gözəlliklərə və sınaqlara görə minnətdaram".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri aktrisa Xəyalə Quliyeva yeni paylaşımında yazıb. Ad günü olan aktrisa qırmızı geyimdə obyektiv qarşısına keçib. O, ad günü təəssüratlarını bu sözlərlə bölüşüb:
"Doğum günüm təkcə yeni yaşımın başlanğıcı deyil, gələcəyin ümidlərini qucaqladığım bir gündür. Bu il daha çox gülmək, sevmək, xoşbəxt olmaq istəyirəm. Bu gün mənim doğum günümdür – amma bu post təkcə mənim üçün deyil, mənə sevgi göndərən, yanımda olan, xatırlayan hər kəs üçündür. Var olun. Yeni yaşım xoş gəldin – gəl, birlikdə dünyanı bir az da gözəlləşdirək".
Qeyd edək ki, Xəyalənin 2 övladı var.(axşam.az)
"Cebheinfo.az"