Dünya liderləri Romaya toplaşır - FOTOLAR

Bu gün Papa Fransiskin dəfn mərasimi keçiriləcək.
Papanın vəsiyyətinə görə, o, Romanın mərkəzindəki Santa Maria Maggiore bazilikasında torpağa tapşırılacaq və bir əsrdən artıq müddətdə Vatikandan kənarda dəfn edilən ilk pontifik olacaq.
“Qafqazinfo”nun məlumatına görə, artıq dünya liderləri dəfn mərasimində iştirak etmək üçün Romaya səfər edib.
Onlar arasında ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya, Fransa Prezidenti Emmanuel Makron, Ukraya Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də var.
"Cebheinfo.az"