Epşteyn davasının əsas fiqurlarından biri intihar etdi

Epşteyn davasının əsas fiqurlarından biri intihar etdi

Amerikalı pedofil milyarder Ceffri Epşteyn və Böyük Britaniya Krallıq Ailəsinin üzvü Prens Endrüyü cinsi istismarda ittiham edən 41 yaşll Virginia Giuffrenin intihar edərək öldüyü açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Giuffre daha əvvəl avtomobil qəzası keçirmiş və cəmi 4 günlük ömrü qaldığını bildirmişdi.

Virginia Giuffre, ABŞ-də saxlandığı həbsxanada ölən Epşteyn və onun həm ortağı, həm də keçmiş sevgilisi olan Ghislaine Maxwell-ə qarşı irəli sürdüyü ittihamlarla gündəmə gəlmişdi. 

Giuffre, bu iki nəfərin onu 17 və 18 yaşlarında olarkən, aralarında Prens Endrüyün də olduğu kişilərlə cinsi əlaqəyə məcbur etmək üçün dünyanın müxtəlif yerlərinə apardıqlarını bildirmişdi. Prens Endrü isə bu iddiaları rədd etmişdi.

Məlumata görə, Virginia Giuffrenin yaxınları dünən yayımladıqları açıqlamada onun "cinsi istismara qarşı yorulmadan mübarizə aparan bir döyüşçü" olduğunu və "istismarın yükünün artıq dözülməz həddə çatdığını" bildiriblər.

Açıqlamada həmçinin, "Ömrü boyu cinsi istismar və insan alverinin qurbanı olan Giuffre, nəhayət intihar edərək həyatına son qoydu" sözləri yer alıb.

Üç uşaq anası olan Giuffre, yaxınları tərəfindən "çox sayda qurbanı ayağa qaldıran bir işıq" kimi təsvir olunub. Bildirilib ki, Giuffre cümə günü Qərbi Avstraliyadakı fermasında dünyasını dəyişib.

Qərbi Avstraliya Polis İdarəsindən verilən açıqlamada cümə gecəsi Neergabby bölgəsində yerləşən evdən bir çağırış alınıb və Giuffrenin huşsuz vəziyyətdə tapıldığı bildirilib. 

Polis, ölüm faktının araşdırıldığını, ilkin məlumata görə hadisənin şübhəli sayılmadığını qeyd edib.

Virginia Giuffre, yaxın zamanlarda avtomobil qəzası keçirdiyini açıqlamışdı. Mart ayının sonunda Instagram hesabında etdiyi paylaşımda, məktəb avtobusu ilə baş verən qəza nəticəsində xəstəxanaya yerləşdirildiyini və böyrək çatışmazlığı səbəbilə cəmi dörd günlük ömrü qaldığını yazmışdı.

Əfsanə Rəcəb
"Cebheinfo.az"