Sursat partladı: Yaralananlar var

Sloveniyada 2 işçinin İkinci Dünya müharibəsindən qaldığı güman edilən sursatların tikinti işləri zamanı partlaması nəticəsində ağır yaralandığı bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, polisin verdiyi açıqlamada, dünən paytaxt Lyublyana yaxınlığındakı tikinti sahəsinin Rozna Doline ərazisində partlayış baş verib.
Açıqlamada partlayış nəticəsində 2 işçinin ağır yaralandığı vurğulanıb.
İşçilərin həyatlarının hələ də təhlükə altında olduğu qeyd edilən açıqlamada, yaralılar Lyublyana Universitet Xəstəxanasına aparıldığı bildirilib:
“Partlayışın səbəbi bəlli olmasa da, ilkin tapıntılara görə, İkinci Dünya müharibəsindən qalma kiçik, partlamamış hərbi sursatların tikinti işləri zamanı partladığı görünür".
Bu arada polis hadisə yerində geniş təhlükəsizlik tədbirləri görüb və partlayışla bağlı araşdırma başlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"