Üç at oğurluğuna 2 il cəza aldılar

Üç at oğurluğuna 2 il cəza aldılar

Goranboyda 3 at oğurlayan qohumlara cəza verilib.

"Cebheinfo.az" xəbər verir ki, onlar Goranboy rayonu Borsunlu kəndində açıq sahəyə bağlanan və ümumi dəyəri 1800 manat olan 3 rəst atı oğurlayıblar.

Atı oğurlamaqda ittiham edilən şəxslər qohumdurlar. Zərərçəkmiş şəxs məhkəmədə ziyanın ödənildiyini bildirib və onlara yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Bərdə sakinlərinə 2 il ev həbsi verilib.

"Cebheinfo.az"