Goranboyda damarı kəsilən şəxsin vəziyyəti açıqlandı

Goranboy rayonunun Kəpənəkçi kəndində damarı kəsilən şəxsin son vəziyyəti açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 25-i, saat 23:40-da 2007-ci il təvəllüdlü (kişi cinsli) şəxs xəsarət alması səbəbi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona sağ biləyin və əlin açıq yaraları diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib", - deyə məlumatda bildirilir.
"Cebheinfo.az"