Bu ölkədə ən qədim qarışqa fosili tapıldı

Braziliyadakı San-Paulo Universitetinin Zoologiya Muzeyi, 113 milyon il əvvələ aid olan və dünyanın bilinən ən qədim qarışqa fosilini üzə çıxarıb.
“Cebheinfo.az” xəbər verir ki, əhəngdaşında qorunmuş bu fosil, "Haidomyrmecinae" alt fəsiləsindən olan və "cəhnnəm qarışqası" kimi tanınan bir növə aiddir.
O, bu gün yaşayan qarışqalardan tamamilə fərqli bir növü təmsil edir.
Qeyd olunur ki, dünyanın ən qədim qarışqa fosili 2024-cü ilin sentyabrında San-Paulo Universitetinin Zoologiya Muzeyindəki fosil kolleksiyası araşdırılarkən tapılıb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”