Lənkəranda yol qəzası olub: Ər-arvad xəsarət alıb - FOTOLAR

Lənkəranda yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralının 166-cı km-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "Fiat Doblo" markalı minik avtomobili 1997-ci il təvəllüdlü Xəyyam Balayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Fiat Doblo"da olan Astara rayonunun Maşxan kənd sakinləri - 1980-cı il təvəllüdlü Şölə Novruzova və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü İltiqam Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"