İBB-də əməliyyat: Onlar da saxlanıldı

Bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya araşdırması çərçivəsində ikinci geniştərkibli əməliyyat keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilir ki, İstanbul bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində 53 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, aralarında yüksək vəzifəli şəxslərin olduğu 47 nəfər saxlanılıb. Altı nəfərin isə axtarışları davam etdirilir.
Saxlanılanlar arasında İBB baş katibinin müavini Arif Gürkan Alpay, İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) baş direktoru Şəfəq Başa, İSKİ-nin baş direktor müavini Begüm Çelikdələn, Əkrəm İmamoğlunun şəxsi katibəsi Qədriyə Kasapoğlu, Murad Ongunun həyat yoldaşı Gözdəm Ongun, sədr müavini Murad Yazıcı və İBB Texnologiya Qrupunun prezidenti Ərgün Özər də var.
Xatırladaq ki, 19 martda korrupsiya və terror təşkilatı ilə əlaqə ittihamı ilə saxlanılan İBB sədri Əkrəm İmamoğlu haqqında 23 martda məhkəmə həbs qərarı verib. Ə.İmamoğlunun mənsub olduğu CHP buna etiraz olaraq silsilə aksiyalar keçirir.
"Cebheinfo.az"