Ağdaşda çobanın meyiti tapıldı

Ağdaşda meyit tapılıb.
"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, hadisə Kükəl kəndində qeydə alınıb.
Kənd sakini olan 45 yaşlı Elnur Mənsur oğlu Abdullayevin meyiti küçədə aşkarlanıb. Məlumata görə, mərhum örüşdə heyvan otarırmış.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"